Cəlilabad rayonunda 2 yaşlı uşaq enerji batareyasını udması nəticəsində ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü İbrahim Xalid oğlu Ağayevin halı pisləşdiyindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Müayinə zamanı onun mədəsində enerji batareyası aşkarlanıb. Həkimlərin səylərinə baxmayaraq, uşaq ötən gün Bakıda dünyasını dəyişib.

Qeyd edək ki, İ.Ağayev ailənin üçüncü övladı olub.