Tovuz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org-un məlumatına görə, hadisə rayonun girişində, H.Əliyev prospektində qeydə alınıb.

Bakı şəhər sakini Namiq Ənsərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi əvvəl yol kənarındakı hasara çırpılıb, daha sonra isə aşıb.

Nəticədə sərnişinlərdən biri, Ağdaş rayon sakini Qiyas Ədilov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Sürücü və 2 sərnişin - Sumqayıt şəhər sakini, 26 yaşlı Mehdi Tağıyev, Şəki şəhər sakini, 26 yaşlı Növzət Mikayılov ağır bədən xəsarətləri ilə öncə Tovuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhərindəki xəstəxanaların birinə göndərilib.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.