Türkiyənin Qars vilayətinin Məscitli kəndində kütləvi zəhərlənmə olub.
Unikal.org xəbər verir ki, kəndin 15 sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan 12-sinin uşaq olduğu bildirilib.
İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxslər civədən zəhərləniblər. Belə ki, uşaqlar tapdıqları qutunun içərisindəki civəyə toxunaraq. Nəticədə anidən vəziyyətləri pisləşib.