“Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkiləri zamanı İstanbulda saxtalaşdırma halları baş verib. Böyük Çəkməcə bölgəsində bəzi seçicilərin yaşayış yeri barədə məlumatların saxtalaşdırılıb. Ortada cinayət əməli var. Seçkilərə yönələn dələduzluq və saxtakarlıqla üz-üzəyik”.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
S.Soylu saxtakarlığın əvvəlki bələdiyyə rəhbərinin yaxınları tərəfindən törədildiyini bildirib: “Buna hazırlıq uzun müddət ərzində aparılıb. 350 nəfərə qarşı cinayət iddiası qaldırmışıq. Bu məsələ AKP-nin şikayəti əsasında ortaya çıxıb”.