“Facebook” şirkəti vençur investorların vəsaitləri hesabına özünün kriptovalyutasını istifadəyə verməyi planlaşdırır.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bunun üçün şirkətə 1 milyard dollar investisiya lazım olacaq.
İnvestorların vəsaitlərindən “Facebook” şirkəti öz kriptovalyutasının zəmanəti üçün istifadə etmək istəyir. Kriptovalyutanın məzənnəsi isə bank hesablarında olan xarici valyutalara birləşdiriləcək.
Məlumata görə, şirkət özünün kriptovalyuta layihəsini desentrəlizə və yalnız “Facebook”un idarəsində olmayan kimi təqdim etmək üçün xarici investorları cəlb etmək istəyir.
Qeyd edək ki, “Facebook”un öz kriptovalyutasını yaratmaq planı hələ keçən ilin dekabr ayında ortaya çıxmışdı. Həmin vaxtda Bloomberg saytının mənbələri bildirmişdilər ki, “Facebook” öz kriptovalyutasından “Whatsapp”da pul köçürmələrini reallaşdırmaq üçün istifadə edəcək və həmin kriptovalyuta ABŞ dollarına birləşdiriləcək.