Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ölkədən qaçıb.

Unikal.org Basta.info-ya istinadən xəbər verir ki, bu, Hacıyevanın barəsində həbs qəti-imkan tədbirinin seçilməsindən əvvəl baş verib. Bundan əvvəl saytlar Zamirə Hacıyevanın Beynəlxalq Bankın işi ilə bağlı saxlanıldığı haqda xəbərlər yaymışdı. 

Lakin Baş prokurorluq açıqlma ilə çıxış edərək, məlumatı təkzib edib. Bununla belə məlum olub ki, Zamirə Hacıyeva həbs olunmasa da, onun Beynəlxalq Bankın işi çərçivəsində istintaqa cəlb olunması doğrudur.

Müsavat Partiyasına yaxın bastainfo.az saytının əldə etdiyi məlumata görə, Cahangir Hacıyevin həyat yoldaşının barəsində həbs-qətimkan tədbirini Bakının Nərimanov rayon məhkəməsi Baş prokurorun müavini Rüstəm Usubovun təqdimatı ilə çıxarıb. Zamirə Hacıyevə mütəşəkkil cinayətkar qruplaşmanın tərkibində 18 milyon manatlıq mənimsəmədə ittiham olunur.

Lakin Z.Hacıyeva barədə məhkəmə qərarından belə məlum olur ki, o, xeyli müddət əvvəl – 15 noyabr 2014-cü ldə London istiqamətində Bakını tərk edib və bu günə qədər geri qayıtmayıb. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub.

R.Usubovun imzaladığı həbs sanksiyasında amirə Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada – Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon manat pul çıxarmaqda ittiham olunub. 

Ancaq göründüyü kimi, Cahangir Hacıyevin həyat yoldaşı hələ Beynəlxalq Bankın işi üzrə həbslərin başlamasından əvvəl ölkəni tərk edib və onun saxlanılması mümkün olmayıb.