Atasının işlətdiyi restoranın həyətində, üzərinə yelləncək düşən 5 yaşlı qız dünyasını dəyişib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Antalyanın Alanya  bölgəsində baş verib. 

Məlumatda bildirilir ki, Eda və Mehmet Yılmaz cütünün 5 yaşlı qızı Merve Ela Yılmazın restoranın həyətdə oturduğu yelləncək onun üzərinə aşıb. Vəziyyəti görən və dərhal müdaxilə edən ata övladını xəstəxanaya aparıb. Göstərilən müdaxilələrə baxmayaraq kiçik qızın həyatını xilas etmək mümkün olmayıb.