33 yaşlı şəxs sənət üçün atasının məzarını qazdırıb, onun cəsədinin qalıqlarıyla çılpaq pozalı fotolar çəkdirin. Bu da ölkədə böyük müzakirəyə səbəb olub. Hadisə Çinin paytaxtı Pekində baş verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, pekinli sənətçi Siyuan Zhujinin atası üç yaşında olarkən xərçəng xəstəliyindən dünyasını dəyişib.
İllər sonra o atasının meyidinin qalıqları ilə çılpaq foto çəkdirmək qərarına gəlib. Siyuanın anası Lin Şan şəkil çəkilməsi üçün məzarlığın gözətçisindən icazə alıb.
Həmin ərazidə ölmüş birinin qalıqlarını qazıb çıxarmaq və ya ölüləri narahat etmək hörmətsizlik kimi qəbul edilir. Bundan əlavə bunun insan həyatına, həmin bölgəyə bədbinlik gətiriləcəyinə inanılır.
Fotoşəkillərin yerləşdirildiyi sayt 28 milyon dəfə izlənib.