Ankara Batıkent şəhərində toyuq ətindən zəhərləndiyi iddia edilən 13 küçə iti ölüb.  İtlərin zəhirlənib ölməsindən sonra  Türkiyə ayağa qalxıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin araşdırması nəticəsində 3 nəfər saxlanılıb.

Batıkentdəki heyvan qətliamını törədənlər ərazidəki təhlükəsizlik kameralarından təspit edilib. Görüntüllərdən məlum olub ki, hadisəni törədənlərn ağ rəngli avtomobildən düşərək ac küçə itlərinə zəhərli toyuq ətlərini  veriblər. 

Polis əməkdaşları heyvan qətliamını törədənlərin kimiliyi ilə bağlı hələlik açıqlama verməyib.