Hərbi çevriliş nəticəsində Sudan Prezidenti Ömər əl-Bəşir hakimiyyətdən devrilib.
Unikal.org xəbər verir ki, məlumatı “Al-Arabiya” televiziyası yayıb.
Ömər əl-Bəşir ev dustaqlığında saxlanılır, onun mühafizəçisi həbs olunub.
“Al-Hadath” telekanalının məlumatına görə, minlərlə insan küçələrə çıxaraq, Ömər əl-Bəşir rejiminin sona çatmasını bayram edir.
09:57
Sudanda ordu hərbi çevriliş edib.
Unikal.org xəbər verir ki, bu barədə “Al-Mayadin” telekanalı məlumat yayıb.
Hərbçilər Prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, səlahiyyətlərinin əlindən alındığını və hökumətin buraxıldığını elan edib. Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb.
Hərbçilər Sudanda bir müddətdir hakimiyyəti ələ keçirməyə çalışırdılar.