İnquşetiyanın Qarabulaq şəhərində ayı sakinlərə hücum edib.

Unikal.org xəbər verir ki, ayının hücumu nəticəsində 2 nəfər xəsarət alıb. Yarlılardan biri xəstəxanya yerləşdirilib, digəri isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisə yerinə gələn polis işçiləri vəhşi heyvanı silahla neytrallaşdırıblar.

Şəhər administrasiyasından isə ayının özl restoranların birindən diqqətsizlik üzündən qaçdığı bildirilib. Həmin restoranda qəfəsdə daha bir neçə heyvan saxlanıldığı qeyd edilir. Faktla bağlı araşdırmaya başlanılıb.