Sudan ordusu ölkə Prezidenti Ömər əl-Bəşirin hakimiyyətdən uzaqlaşdırıldığını və konstitusiyanın fəaliyyətinin dayandırıldığını rəsmi formada elan edib.

Unikal.org xəbər verir ki, məlumatı TASS yayıb.

Hərbçilər bildirib ki, onlar iki il Sudanda hakimyyətə nəzarət edəcəklər.

Onlar ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimi tətbiq ediblər. Ordu rəsmiləri hakimiyyətdən uzaqlaşdırdıqları Prezident Ömər əl-Bəşirin həbs olunduğunu deyiblər.