Ermənistanın Müdafiə Nazirliyinə məxsus ZİL markalı maşın qəzaya düşüb. 

Unikal.org “shamshyan.com”-a istinadən xəbər verir ki, hadisə Sünik vilayətində, Mehridən Naxçıvan sərhədinə gedən yolda baş verib.
Erməni hərbçiləri daşıyan avtomobilin aşması nəticəsində 10 nəfər xəsarət alıb. Yaralılar Mehridəki tibb mərkəzinə çatdırılıb.