İsrailin kosmik "Bereşit" aparatı Aya eniş zamanı qəzaya uğrayıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Uçuş üzrə İdarə Mərkəzinin missiya rəhbərlərindən biri xəbər verirb.

"Təəssüf ki, biz aparatı yerə endirməyi bacarmadıq", - deyə o bildirib.

Kosmik aparat fevralın 22-də ABŞ-dakı Kanaveral burnunda yerləşən kosmodromdan "Falcon 9" raketi ilə göndərilib və bir həftə əvvəl Ayın orbitinə daxil olub.