Nepalın Lukla şəhərinin hava limanında yüngülmühərrikli təyyarə iki helikopterlə toqquşub.

Unikal.org-un məlumatına görə, uçuşa hazırlaşan yüngülmühərrikli təyyarənin pilotu idarəetməni itirib və uçuş-eniş zolağının kənarında duran iki helikopterə çırpılıb.

Qeyd edilir ki, insident nəticəsində təyyarənin pilotlarından biri və helikopterlərin yaxınlığında olan texniki inspektor həlak olublar, 3 nəfər isə xəsarət alıb.

Təyyarədə sərnişinlərin olmadığı bildirilir.