Avstraliyanın Melburn şəhərində yerləşən gecə klublarından birində silahlı insident baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs silahla kluba daxil olaraq, oradakı insanlara atəş açmağa başlayıb. 

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Cinayəti törədən şəxs hadisə yerindən uzaqlaşıb. Hazırda onun axtarışları davam etdirilir.