Türkiyəyə məxsus qırıcılar İraqın şimalında yerləşən PKK düşərgələrini bombalayıb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aviazərbələr nəticəsində PKK-nın silah anbarı və sığınacaqlar məhv edilib.
Bundan başqa, Diyarbəkiridə keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilən "Zinarin Berxvedan" ləqəbli Hacire Yılmaz və "Zilan Tolhildan" ləqəbli Suzan Çelikin Konya stadionunda terror hazırladığı aşkar edilib. İstintaq nəticəsində 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.