Belçikada terrorçuluqda şübhəli bilinən şəxs yaxalanıb. 

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Brüsseldə polis terrorizmlə əlaqədar iş çərçivəsində 22 yaşlı şübhəli şəxsi saxlayıb.

Məlumata görə, polis tərəfindən saxlanılan Vavr şəhərinin sakini şənbə və ya bazar günü terror aktının hazırlanmasında şübhəli bilinir.

Saxlanılan şəxs tezliklə cəzanı müəyyən edəcək məhkəmə müstəntiqi qarşısında duracaq

Keçirilən baxış zamanı şübhəli şəxsin telefonu və noutbuku götürülüb.