İsrail alimləri tibb elmi və texnologiya sahəsində sensasion kəşfə imza atıblar.
Unikal.org xəbər verir ki, Təl-Əviv Universitetinin alimləri pasiyentin hüceyrələrindən 3D formatında ürək hazırlayıblar. Onların yeni ixtiraları dünya tarixində bir ilkdir.
Yəhudi alimlər iddia edirlər ki, canlı hüceyrələrdən hazırlanmış ürək gələcəkdə xəstələrə transplantasiya edilə bilər. 3D formatındakı ürəkdə canlılar üçün ən vacib olan bütün funksiyalar - ürək qapağı, damarların fəaliyyəti təmin olunub. Ən mühüm xüsusiyyəti isə pasiyentin bioloji materialından olmasıdır.