Sabah Azərbaycanda əsasən isti hava şəraiti hökm sürəcək və əsasən meteohəssas insanlar üçün əsasən əlverişli gün olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən unikal.org-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 17-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir. İyunun 15-də və 16-da Abşeron yarımadasında iyun ayı üçün səciyyəvi temperatur şəraiti və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 13-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 29-34° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 17-20° isti, gündüz 26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacağı gözlənilir.