Azərbaycanda birgə nikahdan olan ermənilər də yaşamaqdadırlar.
Unikal.org xəbər verir ki, bunu Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən iclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri belə nikahları multikulturalizmin nümunəsi hesab edib.
N. Qurbanlı bildirib ki, ölkədə qeyri-müsəlman dini icmaların sayı 33-ə çatıb.