Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes idarəçiliyi fakültəsi marketinq kafedrasının və “Mado” restoranlar şəbəkəsinin təşkilatçılığı ilə universitet tələbələri üçün “Rəqəmsal marketinq”  adlı praktik seminar təşkil olunub.

Unikal.org xəbər verir ki, ”MADO” restoranlar şəbəkəsinin baş meneceri Emil.Qurbanov “Rəqəmsal marketinq”in aktuallığı, səmərəli istifadəsi, effektivliyinin ölçülməsi kimi məsələlərə aydınlıq gətirib. Mövzu çərçivəsində  bilik və peşəkarlıq fəaliyyətiindən də danışıb. Fikir mübadiləsi şəraitində başa çatan tədbirdə E.Qurbanova Azərbaycan Turizm və Menecment Universitetinin marketinq kafedrası tərəfindən “Təşəkkürnamə” sertifikatı təqdim edilib. 

ATMU-nun marketinq kafedrasının müdiri Elmira Qocayeva, mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev, dekan müavini İlahə Əliyeva və baş müəllim Günel Teymurova da praktik seminarın dinləyiciləri olublar.