Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov video müraciətlə Əli İnsanovu biabır edib.
Unikal.org xəbər verir ki, Misir Mərdanov "73 yaşında olan insan getsin nəvələri, nəticələri ilə məşğul olsun. Sən gəlib aktiv siyasi fəaliyyətə qoşula bilməzsən, qoşulsan da heç bir şey edə bilməzsən. Mən səni başa düşə bilmirəm. Sən normal adam olsaydın, Cənab Prezidentin humanistliyi nəticəsində həbsdən çıxandan sonra, sənə çörək verən, zirvələrə qaldıran, nazir edən Ulu Öndərin məzarını ziyarət edib, qarşısında diz çökərdin ki, mən səhv eləmişəm, məni bağışla"-deyə Əli İnsanova müraciətində bildirib.
Sözügedən videonu təqdim edirik: