Bakının Suraxanı rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, Yeni Ramana qəsəbəsi ilə Şuşa şəhərciyi istiqamətində hərəkətdə olan "20-DE-409" dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmədən çıxması nəticəsində 5 maşın toqquşub.

Nəticədə bir nəfər xəsarət alıb, həmçinin avtomobillər yararsız hala düşüb. Hadisəni törədən sürücünün sərxoş olduğu bildirilir.

Əraziyə DYP və PPX əməkdaşları cəlb olunub.