Türkiyə Böyük Millət Məclisində (TBMM) terror aktının qarşısı alınıb.
Unikal.org xəbər verir ki, bu gün yerli vaxtla saat 15:00-da iki nəfər parlamentin qəbul şöbəsinə daxil olub. Onlar CHP-li deputatla görüşəcəklərini deyiblər. Bir qədər sonra şübhəli şəxslər qəbul şöbəsinin əməkdaşına hücum edərək onu girov götürməyə çalışıblar. Təhlükəsizlik xidmətinin əməkdaşları hadisət müdaxilə edərək, terrorçuları ələ keçirə biliblər.
Biri qadın olan terrrorçuların üzərinə baxış keçirilərkən, onlardan kəsici alət və bomba idarəedicisi tapılıb.