Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin bugünkü çıxışı maraqla qarşılanıb.
"Unikal" xəbər verir ki, sədr ali təhsil müəssisələrinə ötənilki qəbul imtahanının nəticələri ilə bağlı keçirilən tədbirdə jurnalistin replikasını cavablayıb.
M.Abbaszadə bildirib ki, bəzi dövlət sifarişli ixtisaslara kim gəlirsə, dövlət öz hesabına mütəxəssis olmaq üçün onlara pul xərcləməyə hazırdır. Bu, kənd təsərrüfatına aid ixtisaslar, o cümlədən, baytarlıq ixtisasıdır.
M.Abbaszadə zalda əyləşənlərdən birinin “O balla inəyi öldürəcəklər” replikasına belə cavab verib: “Adamı öldürməsin, heç olmasa. İnəyin taleyi elədir ki, gec-tez onu öldürəcəklər. Bəlkə də, sağılan inəyin taleyi öldürüləndən daha ağırdır. Gündə sağılmaq ondan ağırdır. Qadınlar məni başa düşdü...”
DİM sədrinin bu çıxışı zaldakılar tərəfindən müsbət qarşılanıb və alqışlarla müşayiət olunub.