Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Baş prokurorun əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov Sumqayıt şəhərinə hərbi prokuror təyin edilib.

Baş prokurorun digər əmri ilə Nihad Şıxəliyev Respublika Hərbi prokurorun müavini təyin olunub. O, bu vəzifədə Mehdi Hüseynzadəni əvəzləyib. N.Şıxəliyev bu təyinatadək Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.