İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1062 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə İslam Respublikasının Şəhidlər və Qazilər Fondunun sədri Səid Ohadi bildirib. 

"Bu gün biz 1062 nəfəri dəfn etmişik, daha 5800 nəfər İsrailin cinayətləri nəticəsində yaralanıb, onlardan 100-ə yaxını hələ də xəstəxanadadır, 34 nəfərin vəziyyəti ağırdır", -  rəsmi İran dövlət televiziyasına açıqlamasında deyib. 

İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumuna başlayıb. İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, itki yoxdur və ciddi ziyan dəyməyib. Daha sonra ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-dən qüvvəyə minib.

Gülayə Mecid