Ukraynanın Ali Radası (parlamenti) yeni seçilmiş Prezident Volodimir Zelenskinin andiçmə mərasiminin bu il mayın 20-də keçiriləcəyini açıqlayıb.
Unikal.org Ukrayna KİV-ə istinadən xəbər verir ki, yeni dövlət başçısının komandası mərasimin mayın 19-da keçirilməsini istəyirdi.
Ümumiyyətlə, ukraynalı deputatlar 17, 19, 20, 26, 28 may, eləcə də 1, 2 iyun tarixləri ilə bağlı variantları nəzərdən keçiriblər.