Bakıda 2 yaşlı körpə siçan dərmanından zəhərlənib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Məlumata görə, 2017-ci il təvəllüdlü F.Əliyeva yaşadığı Binə qəsəbəsindəki evdə siçan dərmanından zəhərlənib.
Körpə xəstəxanaya yerləşdirilib, hazırda vəziyəti normaldır.