Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Serbiya Respublikasının Kənd Təsərrüfatı, Meşəçilik və Su Təsərrüfatı Nazirliyinin dövlət katibi Senad Mahmutoviç ilə görüş keçirilib.
Unikal.org xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Serbiya arasında meşəçilik və su təsərrüfatı sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.