Bu gün Şəki Olimpiya idman kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev Şəki şəhəri və Qax rayonunun vətəndaşlarını qəbul edib.
Unikal.org xəbər verir ki, qəbulda 10-a yaxın gənc və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.
Qəbulda gənclər evinin tikintisi, fəxri adların verilməsi, müxtəlif təyinatlı yay düşərgələrin təşkili, "Xəmsə" intellektual oyunu üçün sistemin verilməsi və s. mövzular olub.