“Mən böyük arzumu həyata keçirib milli komandada debüt etdim”.
Unikal.org xəbər verir ki, bunu Macarıstan milli komandasının futbolçusu David Holman deyib.
26 yaşlı yarımmüdafiəçi ölkəsinin yığmasındakı debütünü Bakıda gerçəkləşdirib. AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan millisi ilə görüşündə meydana çıxıb və ilk matçında qol hesabını da açan hücumameylli yarımmüdafiəçi oyun haqda fikirlərini açıqlayıb: “Xəyallarım artıqlaması ilə gerçəkləşdi. İlk oyunum da qol da vurdum. Çox gözəl və unudulmaz bir gün oldu. Komandadakı ab-havaya gəlincə, biz bir ailə kimi vahid hədəf ətrafında birləşmişik".
Qeyd edək ki, Macarıstan yığması Azərbaycan millisi ilə “Bakcell Arena”dakı görüşdə 3:1 hesabı ilə qalib gəlib.