Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
1978-ci il təvəllüdlü Xammədov Rafiq Qasım oğlunu yolu keçmək istəyərkən avtomobil vurub.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ona bel və çanağın yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.