Bakının “Neftçi” klubu növbəti transferini rəsmiləşdirib.

Unikal.org-un məlumatına görə, paytaxt təmsilçisi fransalı hücumçu Stiven Monrozun komandaya qoşulduğunu açıqlayıb.

Son iki mövsümü “Qəbələ”də keçirən 29 yaşlı forvardla 2 il müddətinə müqavilə bağlanıb. Yeni mövsümə Türkiyədə hazırlaşan komandanın düşərgəsində olan S.Monroz Premyer Liqada keçirdiyi 47 oyunda 15 qol vurub.