UEFA-nın sabiq prezidenti Mişel Platini həbs olunub.
Unikal.org xəbər verir ki, fransalı funksioner 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı korrupsiya araşdırmaları çərçivəsində Parisdə saxlanılıb. O, hazırda Nanterra polis şöbəsində göz altındadır.
Platini səsvermənin nəticələrinin mümkün saxtalaşdırılması prosesində iştirakda şübhəli bilinir.