İtaliyanın “Milan” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Unikal.org xəbər verir ki, A Seriyası təmsilçisi “Empoli”dən Rade Kruniçi transfer edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçinin bu gün Milan şəhərində tibbi müayinədən keçəcəyi bildirilir.

“Milan” Kruniçlə 4 illik müqavilə imzalayacaq. “Qırmızı-qaralar” bosniyalı futbolçu üçün “Empoli”yə 8 milyon avro ödəyəcək