"Misirin keçmiş prezidenti Məhəmməd Mursi öz əcəli ilə ölməyib, öldürülüb”.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. O bildirib ki, Misir rəsmiləri keçmiş prezidentin həyatını xilas etmək üçün heç bir tədbir görməyiblər: “Məhəmməd Mursi 20 dəqiqə döşəmədə çırpınıb. Bununla bağlı prosesi izləyəcəyik. Beynəlxalq məhkəmələrdə Misirin cavab verməsi üçün əlimizdən gələni edəcəyik. İslam Əməkdaşlığı Təşkilatı bu işlə məşğul olmalır".