Gürcüstan prezidenti Salome Zurabişvili Belarusa səfərini yarıda dayandıraraq Tbilisiyə qaydıb.
Unikal.org xəbər verir ki, məlumatı TASS yayıb.
Dövlət başçısının səfərini yarıda dayandırması Gürcüstanda baş verən hadisələr və keçirilən etiraz aksiyaları ilə bağlıdır. S.Zurabişvili ölkəsindəki etiraz akisiyalarına görə Rusiyanın məsuliyyət daşıdığını bildirmişdi.
Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcüstan Xəyalı Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.
Ötən gecə isə Tbilisidə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb. 52 nəfər saxlanılıb.