Azərbaycanlı jurnalist Fuad Abbasovun Moskva şəhərindəki evində Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, Fuad Abbasovun sosial şəbəkədəki səhifəsində "jurnalistin ailə üzvləri təhlükədədir" məlumatı yayılıb.

"Jurnalist Fuad Abbasovun Moskvadakı evinə müdaxilə etdilər! Həyat yoldaşı və uşaqları təhlükədədir!", - deyə məlumatda bildirilib. Mənzilin ünvanı kimi Ximki şəhəri, Molodyojnaya küçəsi ev 50, 6-cı giriş göstərilib.

F.Abbasovun Hüquqlarının Müdafiə Komitəsinin sədri Məhəmməd Rəfiyev hadisə yerinə gedib.

Jurnalistin yaxınlarının verdiyi məlumata görə, evdə aparılan axtarış tədbirləri zamanı kompyuter və digər texniki avadanlıqlar götürülüb.