İyunun 22-də Silahlı Qüvvələr Günü ərəfəsində hərbi hissələrdə “Açıq qapı” günü keçirilib.
Unikal.org xəbər verir ki, Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə keçirilən tədbirlərdə qonaqlar şəxsi heyət üçün yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.
Hərbi hissələrin komandanlığının valideynlərlə təşkil olunan görüşlərində, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb və sualları cavablandırılıb. Təqdim edilən konsert proqramlarından sonra hərbçilər və qonaqlar üçün bayram süfrələri təşkil olunub.