Tbilisidə parlament binasının qarşısında yenidən mitinq keçirilir.
Unikal.org xəbər verir ki, mitinqin keçirildiyi əraziyə müxalifət partiyalarının liderləri də gəliblər.
Mitinq iştirakçıları iyunun 20-də keçirilən aksiyada həbs edilənlərin azad edilmələrini, daxili işlər naziri Giorgi Qaxariyanın istefasını və proporsional parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Mitinqin keçirildiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də təcili tibbi yardım maşınları cəmlənib.
İştirakçılar həbsdə olan nümayişçilərin azadlığa buraxılması üçün günün sonunadək vaxt verdiklərini bildiriblər.