Fabrikdə partlayış olub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Büyükçekmece rayonunda yerləşən fabrikdəki hadisə nəticəsində dörd nəfər həlak olub. Yanğın toxuculuq məmulatları və plastik materialları istehsal edən fabrikdə baş verib. Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub. Yanğınsöndürənlər 20 nəfəri xilas edə bilib.
Binanın içərisində dörd işçinin cəsədi tapılıb. Yanğının səbəbi araşdırılır.