Rusiyada yüzlərlə azərbaycanlı jurnalist Fuad Abbasovun həbsdə saxlanılmasına etiraz olaraq Moskvada yenidən aksiyaya başlayıb.

Unikal.org "report"a istinadən xəbər verir ki, soydaşlarımz paytaxt Moskvanın mərkəzi küçələrindən olan Saxarova, ev 17 ünvanında aksiyaya qoşulublar.

Rusiyanın tanınmış jurnalisti Maksim Şevçenko aksiya iştirakçıları ilə görüşərək, azərbaycanlı həmkarının azadlığa çıxması üçün soydaşlarımızla sonadək bir yerdə olacağını bildirib.
Fuad Abbasovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Məhəmməd Rəfiyev açıqlamasında aksiyanın məqsədindən danışıb. O, bildirib ki, məqsəd jurnalist barədə etiraz səsini bu ölkənin içtimaiyyətinə çatdırmaq və Fuad Abbasovun Azərbaycana göndərilməsini tələb etməkdən ibarətdir.

Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F.Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. O, iki dəfə öz hesabına bilet alsa da, jurnalisti Azərbaycana deportasiya etməyiblər.