Bu gün İstanbulda keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrinə əsasən qələbə qazanan Əkrəm İmamoğlu mətbuata ilk açıqlamasını verib.
Unikal.org xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Ə.İmamoğlu seçki dairələrində əziyyət çəkənlərə minnətdarlığını bildirib:
“Bugünkü seçimin nəticələri hamımız üçün xeyirli olsun. Seçki dairələrində zəhmət çəkmiş yüz minlərlə insana minnətdarlığımı bildirirəm”.
O, səslərin sayılması tam başa çatana qədər tərəfdarlarını seçki məntəqələrini tərk etməməyə çağırıb.
“Dediklərim “İstanbulda bir səhifə qapandı, yeni səhifə açıldı” anlamına gəlmir. Yeni səhifəni hamımız ortaq açacaq, ədalət, sevgi ilə idarə edəcəyik. Bu gün 16 milyon istanbullunun ədalətə olan inancı yeniləndi”, - deyə Ə.İmamoğlu bildirib.
Məlumat üçün bildirək ki, İstanbul Bələdiyyə sədrliyinə keçirilən seçkilərdə səsin 54 faizini Millət blokundan Əkrem İmamoğlu, 45,1 faizini Cümhur blokundan olan namizəd Binəli Yıldırım qazanıb. Səs fərqi 777 581-dir.