Əkrəm İmamoğlu və Binali Yıldırımın seçki nəticələri bütün Türkiyənin maraq dairəsindədir.
Belə ki, Türkiyə Ali Seçki Komissiyasının (YSK) qərarına əsasən, yenilənən İstanbul Böyükşəhər Bələdiyyə Rəhbərliyinə keçirilən seçkilərin İstanbul Ədliyyəsindəki rayon Seçki Qurumu tərəfindən hazırlanan növbəti qeyri-rəsmi nəticələri açıqlanıb.
Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, nəticələrə əsasən, seçkidə 10 milyon 570 min 354 seçicinin 8 milyon 925 min 63-ü seçki məntəqələrinə gedərək səsini verib.
Səslərdən 8 milyon 746 min 464-ü etibarlı, 178 min 599-u isə etibarsız hesab edilib.
CHP Namizədi Ə.İmamoğlu 4 milyon 741 min 868 səs (54,21%), AKP namizədi Binəli Yıldırım isə 3 milyon 935 min 453 səs (44,99 %) toplayıb.
Qeyd edək ki, Ə.İmamoğlunun 22 iyuna olan nəticəsi 31 martdakı nəticədən 572 min səs daha çoxdur.