Türkiyənin Ədirnə bölgəsində qeyri-qanuni mühacirləri daşıyan avtomobilin qəza törətməsi nəticəsində azı 10 nəfər ölüb və 30 nəfər yaralanıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, şəxsiyəti müəyyən edilməyən mikroavtobus sürücüsü idarə etməni itirərək yaşayış binasının divarına çırpılıb.
Ədirnə valisi Əkrəm Canalp qəza yerinə gedib.
Hadisənin səbəbləri araşdırılır.