Türkiyədə 2016-cı il iyulun 15-də hərbi çevrilişə cəhdlə əlaqədar təqsirləndirilən Quru Qoşunları Hərbi Məktəbinin bir qrup müəllim və tələbələrinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org xəbər verir ki, Türk Silahlı Qüvvələrinə kadr hazırlayan hərbi məktəbin dekanı, keçmiş general-mayor Kərim Acar daxil 18 şübhəli ağırlaşdırılmış ömürlük həbs cəzasına, 132 şübhəli 12-15 il həbs cəzasına məhkum edilib. 108 tələbəyə isə bəraət verilib.