Rusiyanın Federal Təhlükəsizlik Xidməti Saratov şəhərində terror aktının qarşısını alıb.
Unikal.org xəbər verir ki, xidmət əməkdaşları kustar üsulla partlayıcı maddələr hazırlayan və kütləvi məkanda terror aktı planlaşdıran İŞİD üzvünü zərərsizləşdirib.
Qeyd olunur ki, həmin şəxs əməliyyat zamanı təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərib. Əməliyyat nəticəsində dinc sakinlər arasında xəsarət alanlar olmayıb.