İndoneziyalı qadının başına gəılən hadisə bütün dünyanı heyrətə gətirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 52 yaşlı Nininq Sunarsix Yava adasındakı tətil mərkəzində istirahət etməyə gedib.
Ancaq bir gün dənizdə güclü fırtına yaranıb. Nəhəng dalğa sahilə doğru yönəlib və qadını dənizə atıb. O, qışqıraraq kömək istəsə də, fırtınaya görə heç kim dənizə yaxınlaşmayıb. Hava sakitləşdikdən sonra qadının axtarışlarına başlanıb. Bir neçə gün sürən axtarışlarda heç bir neçə əldə edilməyib.
İlyarım sonra Sunarsixin dayısı onu yuxuda görməyə başlayır. Əvvəllər darıxdığı üçün yuxusuna girdiyini düşünən kişi, eyni hal hər gecə takrarlandığından bunu yaxınları ilə bölüşməyə qərar verir. Kİşinin sözlərinə görə, o Sunarsixi həmin adada yatarkən görürmüş. Ailə yenidən həmin adaya yollanır. Elə əsl möcüzə dəı bu zaman baş verir. Qadın fırtınaya düşdüyü gün geyindiyi paltarda sahildə huşsuz halda tapılır. Dərhal xəstəxanaya çatdırılan qadının vəziyyətinin ağır olduğu bildirilir.
Qadın komada olduğu üçün başına nə gəldiyini, bu müddətdə harda olduğunu isə heç kim bilmir.(axsam.az)